“Ermənistan Rusiya ilə nəqliyyatın blokadadan çıxarılması üzrə əməkdaşlığı azaldıb və təhdidlərlə üzləşir” - Overçuk

2021/09/overc-1632121557.jpg
Oxunub: 504     10:10     02 Aprel 2026    
“Ermənistan Rusiya ilə nəqliyyat sisteminin blokadadan çıxarılması məsələsində əməkdaşlığı azaldıb və nəticədə yeni ciddi təhdidlərlə üzləşir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.

“2023-cü ilin yayında biz Azərbaycanla suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri üzrə əsas razılaşma əldə etdik ki, bunu Ermənistan rəhbərliyi irəli sürürdü. Lakin bundan sonra erməni tərəfi nəqliyyatın blokadadan çıxarılması prosesi üzrə bizimlə əlaqəni dayandırdı”, - deyə o qeyd edib.

“Daha sonra biz oxşar formulaları 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış sənəddə gördük. Bu nə ilə nəticələndi? Əslində, ölkəmizlə əməkdaşlığı dayandırmaq qərarı səbəbindən Ermənistan əvvəllər üzləşmədiyi yeni, çox ciddi təhdidlərlə qarşılaşdı”, - deyə Overçuk əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin