Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Aleksey Overçuk TASS-a müsahibəsində qeyd edib.
“Keçən yay biz Ermənistanın baş nazirinə birbaşa sual verdik ki, Ermənistanda rus investorlarının perspektivləri necədir. Bu sualımıza birbaşa cavab verildi: Ermənistanda rus biznesi üçün təhlükə yoxdur. Lakin faktlar başqa cürdür. Biz görürük ki, bizə bir şey deyilir, amma reallıqda tamamilə fərqli hadisələr baş verir. Əvvəlcə elektrik enerjisinin alınması və pərakəndə satış sahəsində fəaliyyət göstərən rus iş adamının mülkiyyət hüquqları pozuldu, indi isə rus dövlət şirkətinə konsessiyanı satmaq təklif olunub”, - deyə o bildirib.
Overçukun sözlərinə görə, Moskva anlayır ki, Ermənistanda Qərb yönümlü qüvvələrlə yanaşı, Rusiya ilə münasibətləri azaltmaq və rus biznesini ölkədən çıxarmaq istəyənlər də var. “Biz görürük ki, ötən il Ermənistan Avropa İttifaqına qoşulmaq niyyətini əks etdirən bəyanat xarakterli qanun qəbul edib və Aİ standartlarının tətbiqi istiqamətində addımlar atılır. Ölkə rəhbərliyinin Avropa İttifaqına qoşulmaq istəyi ilə bağlı çoxsaylı bəyanatlarını da nəzərə almamaq mümkün deyil. Rus iş adamının əmlakının müsadirəsi və dəmir yolu konsessiyasının satışı ilə bağlı təkliflər bu kontekstə daxildir”, - deyə Rusiya rəsmisi əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az