Overçuk: “Qərb məlumat mərkəzləri Ermənistan üçün mənfi nəticələr doğuracaq”

2025/09/1756972817.jpg
Oxunub: 401     09:49     02 Aprel 2026    
“İrəvan Ermənistanda Qərb məlumat mərkəzlərinin tikintisindən az fayda əldə edəcək və uzunmüddətli nəticələr əsasən mənfi olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Ermənistan bundan az fayda götürəcək və uzunmüddətli nəticələr əsasən mənfi olacaq”, - deyə o vurğulayıb.

Overçukun sözlərinə görə, məlumat mərkəzlərinin tikintisi demək olar ki, iş yerləri yaratmır və onların gəlirindən vergi yığımı “özlüyündə bir sənət növüdür”. “Bununla belə, məlumdur ki, məlumat mərkəzlərinin mövcudluğu elektrik enerjisinin pərakəndə qiymətlərinin artmasına birbaşa təsir göstərir ki, bu da insanların və biznesin real həyatına da təsir edəcək”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin