Ordu.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı bildirib.
“Deməliyəm ki, hazırda biz yeni texnologiyaların hazırlanması üçün rus tərəfi ilə çox sıx əməkdaşlıq edirik, energetika sahəsində yeni texnologiyaları nəzərdə tuturam. Bilirsiniz ki, biz Rusiya Federasiyası ilə yeni atom elektrik stansiyasının tikintisini də müzakirə edirik. Lakin bu məsələlərdə tam şəffafıq və bunları yalnız rus tərəfdaşlarla deyil, digər tərəfdaşlarla da müzakirə etdiyimizi gizlətmirik, çünki ən sərfəli təklifi axtarırıq”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az