ABŞ HHQ-yə məxsus təyyarə Tbilisiyə eniş edib

2026/04/1775061451.jpg
Oxunub: 483     20:27     01 Aprel 2026    
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi “Boeing C-17 Globemaster III” çərşənbə günü Tbilisi beynəlxalq hava limanına eniş edib, daha sonra qısa müddət sonra yenidən havaya qalxıb.

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun yerli xidmətinin dərc etdiyi uçuş izləmə məlumatlarına istinadən “Georgia Today” məlumat yayıb.

“Flightradar24”ün məlumatına görə, təyyarə Tbilisiyə yerli vaxtla təxminən 15:30-da çatıb və 16:03-də cənub istiqamətində yola düşüb. Bildirilir ki, o, Almaniyada yerləşən “Ramştayn” ABŞ hərbi aviabazasından havaya qalxıb.

“Flightradar24”də təyyarənin son istiqaməti göstərilməsə də, izləmə məlumatları onun artıq Ermənistanın hava məkanını keçərək Türkiyə ərazisinə daxil olduğunu, daha sonra isə radarlardan itdiyini göstərib.

Tbilisidə təyyarənin qısa dayanmasının səbəbi naməlum olaraq qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan  


Bizi "telegram"da izləyin