Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında aparılan danışıqlar dalana dirənib və yaxın zamanda mümkün sülh sazişi ilə bağlı müzakirələrin başlanacağına dair heç bir əlamət yoxdur. Mənbələrin bildirdiyinə görə, Rusiya ordusu yeni hücum əməliyyatına hazırlaşır. Bu barədə Kreml daxilindəki müzakirələr və cəbhə xəttindəki vəziyyətlə tanış olan mənbələr məlumat veriblər. Mənbələrdən birinin sözlərinə görə, danışıqlarda irəliləyişin olmaması səbəbindən müharibə daha bir və ya iki il davam edə bilər.
Eyni zamanda agentlik qeyd edir ki, ötən həftə ABŞ müttəfiqlərinə Rusiya və Ukraynanı danışıqlar masasına əyləşdirməyin mümkünlüyünə hələ də inandığını bildirib. Lakin hələlik heç bir irəliləyiş yoxdur və tərəflərin mövqeləri ciddi şəkildə fərqlənməkdə davam edir.
Sevinc Əliyeva
Ordu.az