Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Al Jazeera”ya bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hər zaman diplomatiyaya üstünlük verir və nəticə əldə etməyə çalışır.
“ABŞ Prezidenti Donald Tramp həmişə diplomatiyaya üstünlük verir və hər zaman nəticə əldə etməyə çalışır. Biz həmişə İranın gələcəyə fərqli baxışı olan insanlar tərəfindən idarə edildiyi ssenarini alqışlayarıq. Əgər belə bir imkan yaranarsa, bundan istifadə edəcəyik”, - deyə Rubio bildirib.
Sevinc Əliyeva
Ordu.az