“Fotoniks” şirkətinin Satış və Marketinq müdiri Altan Bora şirkətin fəaliyyət sahələri və yeni hazırladıqları məhsullar barədə məlumat verib.
Ordu.az xəbər verir ki, Bora xüsusilə hərəkətli nəqliyyat vasitələri üzərindəki optik sistemlər, silah üzərindəki nişangah sistemləri və platforma elektro-optik sistemləri olmaqla üç əsas istiqamətdə çalışdıqlarını qeyd edib.
“Fotoniks” olaraq xaricə yönəlmiş modernizasiya layihələri çərçivəsində məhsullar təqdim etdiklərini bildirən Bora ilk dəfə nümayiş etdirdikləri bir tank modernizasiyası layihəsinə də toxunub. Dost və müttəfiq bir ölkənin tanklarına məxsus optik sistemlər və qüllə silah sistemlərinin komanda-idarəetmə bloklarını istehsal etdiklərini bildirib.
Birləşdirilmiş termal kameranın təmin etdiyi üstünlüklər
Şirkətin hazırladığı birləşdirilmiş termal kamera haqqında texniki məlumat verən Bora bunları deyib:
“İstehsal etdiyimiz birləşdirilmiş termal kamera, aşağı işıq kamerası və termal kameradan ibarət bir sistemdir. Bunlar həyata keçirdiyimiz görüntü emalını daha səmərəli edir. Ulduz işığında çox daha net, insan qavrayışına və situsiya məlumatlılığına töhfə verən bir görüntü sərgiləyir. Ən böyük məqsədimiz insan gözünün quruluşunu mümkün qədər bu cihazlar vasitəsilə təmin edə bilməkdir ki, əsgərimizin situsiya məlumatlılığı artsın”.
Türkiyə Silahlı Qüvvələrinə töhfə vermək hədəfini vurğulayan Bora bu cür texnologiyaların bir ehtiyac olduğunu və gələcəkdə bu boşluğu dolduracaqlarını bildirib.