“The Wall Street Journal”: İranın zədələdiyi ABŞ təyyarəsinin əvəzlənməsi 700 milyon dollardan çox başa gələ bilər

2026/03/1774762501.jpg
Oxunub: 384     16:44     30 Mart 2026    
İran zərbəsi nəticəsində zədələnmiş “Boeing E-3 Sentry” uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsinin əvəzlənməsi ABŞ silahlı qüvvələrinə 700 milyon dollardan çox başa gələ bilər.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzetin məlumatına görə, təxminən bu qədər məbləğ “Boeing E-7 Wedgetail” təyyarələrinə başa gəlir. E-3-ləri məhz bu tip təyyarələrlə əvəzləmək mümkündür, çünki əvvəlki model artıq istehsal olunmur.

Şimali Amerikanın Aerokosmik Müdafiə Birləşmiş Komandanlığının keçmiş rəhbəri, general Qlen Van Herk bildirib ki, E-3 təyyarəsinin itirilməsi ABŞ Hərbi Hava Qüvvələrinin regiondakı missiyasının uğuruna təsir göstərəcək.

Xatırladaq ki, martın 28-də “Air and Space Forces Magazine” jurnalı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing E-3 Sentry” təyyarəsinin martın 27-də İranın Səudiyyə Ərəbistanındakı “Prince Sultan” aviabazasına endirdiyi zərbə nəticəsində ciddi zədələndiyini yazmışdı. Jurnalın məlumatına görə, dəymiş zərər ciddi kimi qiymətləndirilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin