İran XİN ABŞ-nin münaqişəni bitirmək üçün təklif etdiyi 15 maddəlik planı qeyri-real hesab edir

2025/06/1751271322.jpg
Oxunub: 442     16:38     30 Mart 2026    
Münaqişənin nizamlanması ilə bağlı ABŞ-nin təklifləri real deyil.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

“ABŞ-dən danışıqlar təklifi gələndə hamı ehtiyatlanır. Bilmirəm dünya, hətta amerikalı xalqın özü ABŞ diplomatiyasını nə dərəcədə etibarlı hesab edir. ABŞ rəsmilərinin ziddiyyətli davranışlarından fərqli olaraq, İranın mövqeyi əvvəldən aydın olub. Biz yaxşı bilirik hansı çərçivələr bizim üçün qəbulediləndir. Müxtəlif adlar altında təqdim olunan materiallar, istər 15 maddə, istər daha az, istər daha çoxu qeyri-real, məntiqsiz olub və həddindən artıq tələblər ehtiva edib”, - deyə onun sözlərini hökumətin mətbuat xidməti sitat gətirib.

Bəqayinin sözlərinə görə, Tehran Vaşinqtonun həqiqətən danışıqlara hazır olduğuna inanmır, çünki ABŞ artıq iki dəfə, 2025-ci ilin iyununda və 2026-cı ilin fevralında danışıqlar prosesinin qızğın mərhələsində İrana hücum edib.

“Hazırda biz elə bir vəziyyətdəyik ki, ABŞ-nin hərbi aqressiyası daha yüksək intensivliklə davam edir. Buna görə də bütün səylərimiz özünümüdafiəyə yönəlib. Bu bəyanatları səmimi hesab etmirik. Diplomatiyanın xəyanətini öz təcrübəmizdə görmüşük. Bir ildən az müddətdə bu artıq ikinci dəfə baş verir”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqayi   İran   ABŞ  


Bizi "telegram"da izləyin