Ordu.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Əgər hər hansı səbəbdən yaxın vaxtlarda razılaşma əldə olunmasa (bu, çox güman baş verəcək) və əgər Hörmüz boğazı dərhal “biznes üçün” açılmasa, biz İrandakı “möhtəşəm iştirakımızı” onların bütün elektrik stansiyalarını, neft yataqlarını və Xarq adasını (və bəlkə də bütün duzsuzlaşdırma zavodlarını) partladaraq və tamamilə məhv edərək başa çatdıracağıq, biz indiyədək onlara qəsdən “toxunmamışıq”, - deyə Tramp bildirib.
Vaşinqtonun əsas tələbi olaraq Hörmüz boğazının tam açılması qalır. Adi şəraitdə dünya neft və qaz tədarükünün təxminən 20 faizi bu marşrutdan keçir. Tramp daha əvvəl İrana 48 saat ərzində boğazı açmaq üçün ultimatum vermiş, əks halda ABŞ-nin İranın mülki elektrik stansiyalarını bombalayacağını bəyan etmişdi.
Sevinc Əliyeva
Ordu.az