Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, əks-kəşfiyyat tədbirləri zamanı diplomatik örtük altında Britaniyanın “bəyan olunmamış kəşfiyyat fəaliyyəti” aşkarlanıb.
Bildirilib ki, 1996-cı il təvəllüdlü Yanse Van Rensburq Albertus Gerardus Rusiyaya daxil olarkən qəsdən yalan məlumat verib və bununla ölkə qanunvericiliyini pozub.
Bundan əlavə, diplomatın iqtisadiyyat sahəsində rusiyalı ekspertlərlə qeyri-rəsmi görüşlər zamanı məxfi xarakterli məlumatlar əldə etməyə çalışdığı iddia olunur.
Sevinc Əliyeva
Ordu.az