“The Hill”: 100 milyondan çox amerikalı həyatında dünyanın sonuna şahid olacağına inanır

2026/03/1774076489.jpg
Oxunub: 410     16:03     30 Mart 2026    
100 milyondan çox amerikalı, yəni ABŞ əhalisinin təxminən üçdə biri, öz həyatı dövründə dünyanın sonuna şahid olacağına əmindir.

Ordu.az xəbər verir ki, bu barədə “The Hill” nəşrində tədqiqatçı Con Mak Qlion məqalə ilə çıxış edib.

Müəllif psixologiya sahəsində nüfuzlu elmi jurnallardan birinə istinad edərək qeyd edir ki, əgər əvvəllər ABŞ-də apokalipsisə inam əsasən müəyyən xristian qrupları və ya ayrı-ayrı “qəribə” şəxslərlə məhdudlaşırdısa, indi bu sərhədlər tamamilə silinib. ABŞ və İsrailin İrana zərbələrindən sonra “Üçüncü dünya müharibəsi” ifadəsi daha da geniş yayılmağa başlayıb.

“Nəticədə tədqiqatçılar müəyyən ediblər ki, 100 milyondan çox amerikalı apokalipsisin məhz öz həyatı dövründə baş verəcəyinə inanır. Bu artıq sadəcə qeyri-müəyyən bir narahatlıq deyil, iqlim dəyişikliyi, nüvə müharibəsi qorxusu, iqtisadi çöküş və süni zəkanın inkişafı ilə qidalanan olduqca konkret bir inancdır”, - deyə nəşr qeyd edir.

Mak Qlionun sözlərinə görə, dünyanın sonunun insan amili nəticəsində baş verəcəyini düşünən insanlar bunun qarşısını almaq üçün ən radikal addımları belə dəstəkləməyə hazır olurlar. Bunun əksinə olaraq, dünyanın sonunu Tanrının iradəsi hesab edən və heç nəyin dəyişdirilə bilməyəcəyinə inanan şəxslər ekstremal addımları dəstəkləməyə daha az meyllidirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin