Somalinin Baidoa şəhərində ağır döyüşlər başlayıb

2026/03/1774870944.jpg
Oxunub: 507     15:45     30 Mart 2026    
Somalinin cənub-qərb regionunun inzibati mərkəzi olan Baidoa şəhərində federal hökumət qüvvələri ilə yerli qüvvələr arasında şiddətli döyüşlər baş verib.

Ordu.az xəbər verir ki, şəhər paytaxt Moqadişodan təxminən 246 kilometr şimal-qərbdə yerləşir.

Məlumata görə, Somali ordusu son günlər Türkiyənin hava dəstəyi ilə irəliləyərək yollarda silahlı qrupların pusqularının qarşısını almağa çalışıb və nəticədə qarşıdurma baş verib.

Gərginlik Somali limanlar naziri Abdulkadir Məhəmməd Nurun mübahisəli açıqlamasından bir neçə saat sonra artıb. Bildirilir ki, o, Baidoa 24 saat ərzində ələ keçirilməsə, hökumət rəsmilərinin qadın örtüyü taxmalı olduğunu deyib.

Məlumata görə, Türkiyə əməliyyatda mühüm rol oynayıb, Efiopiya qüvvələri isə neytral mövqe tutub.

Cənub-qərb regionunun rəhbərliyi Baidoada əsas mövqeləri müdafiə etdiklərini və hücumda iştirak edən bir neçə hökumət əsgərini əsir götürdüklərini açıqlayıb.

Yerli media həmçinin bildirib ki, hökumət qüvvələrinə şəhərin mərkəzi polis bölməsində dayanmaq və hava limanı ilə prezident sarayına hücum etməmək tapşırılıb. Bu obyektlər Afrika İttifaqının sülhməramlı missiyası çərçivəsində Efiopiya hərbçilərinin nəzarətində qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Döyüş  


Bizi "telegram"da izləyin