Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, razılaşmalar dəniz marşrutlarının açılması və texnologiyaların ötürülməsi ilə bağlıdır. Ukrayna bu sahədə yalnız texnologiya təqdim etməyi deyil, həm də öz hərbi təcrübəsini bölüşməyi hədəfləyir.
Zelenski qeyd edib ki, əməkdaşlıq Qara dəniz dəhlizinin fəaliyyəti və dəniz ticarət yollarının açılması üzrə əldə edilən təcrübəyə əsaslanır.
“Bəli, razılaşdıq. Bu, artıq qeyd etdiyim razılaşmalar sisteminin bir hissəsidir. Ukraynanın məqsədi yalnız insansız dəniz platformaları satmaq deyil, həm də ekspert biliklərini ixrac etməkdir”, - deyə o bildirib.
Prezident vurğulayıb ki, əməkdaşlıq ilkin olaraq təcrübə mübadiləsi ilə başlayıb və Ukrayna mütəxəssisləri artıq tərəfdaşlarla birlikdə işləyərək müharibə zamanı əldə olunan təcrübəni bölüşüblər.
Zelenski əlavə edib ki, Yaxın Şərqdəki tərəfdaşlar Ukraynanın dəniz marşrutlarını açmaq sahəsindəki təcrübəsini səmərəli hesab edir.
Sevinc Əliyeva
Ordu.az