Snayperin aşkar edilməsində yerli həll: “Transvaro” MANUS

2026/03/1774866360.jpg
Oxunub: 455     14:25     30 Mart 2026    
“Transvaro” şirkətinin satış əməliyyatları üzrə məsul əməkdaşı Emre Akdağ “Defensehere”a verdiyi xüsusi açıqlamada şirkətin elektro-optik sahədə fəaliyyəti və hazırladığı sistemlər haqqında məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Akdağ bildirib ki, şirkət 1993-cü ildən etibarən müdafiə sənayesində fəaliyyət göstərir və əsasən gecəgörmə, termal görüntüləmə, sərhəd təhlükəsizliyi və elektro-optik sistemlər sahəsində həllər hazırlayır.

O, şirkətin diqqətçəkən məhsullarından biri olan MANUS snayper istiqamət müəyyənləşdirmə sisteminə diqqət çəkərək bildirib ki, sistem sahədə snayperlərin mövqeyini müəyyən etmək üçün hazırlanıb. Əldə daşınan versiyasının da olduğunu qeyd edən Akdağ MANUS-un yüksək daşına bilənlik xüsusiyyəti təqdim etdiyini və geniş ərazidə təhlükələri sürətlə müəyyən edə bildiyini vurğulayıb.

Akdağ bildirib ki, bu məhsul sektorda məhdud sayda şirkət tərəfindən hazırlana bilir və “Transvaro” bu sahədəki bacarıqları ilə seçilir.

O, həmçinin qeyd edib ki, Transvaro başda Türkiyə Silahlı Qüvvələri, Türkiyə Xüsusi Qüvvələri, Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat olmaqla bir çox təhlükəsizlik qurumuna məhsul təchiz edir və sahədə əməliyyat ehtiyaclarına uyğun həllər hazırlamağa davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Transvaro   MANUS   Snayper  


Bizi "telegram"da izləyin