Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə müxalif “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan bildirib.
Jurnalistlər xüsusilə soruşublar ki, niyə onlar öz sorğularının nəticələrini açıqlamırlar?
“Siyasi qüvvə sorğuları özü üçün keçirir. Onları dərc edib-etməmək isə onun öz qərarıdır. Biz sorğuları özümüz üçün keçiririk ki, narrativlərimizin necə işlədiyini və fəaliyyətimizi hansı istiqamətdə davam etdirməli olduğumuzu anlayaq. Əgər sizi nəticələr xüsusilə maraqlandırırsa, bir hissəsini açıqlamağa icazə verin. Təkcə bizim deyil, digər sorğulara görə də Nikol Paşinyan siyasi çoxluq formalaşdıra bilmir. Üstəlik, müxalifət qüvvələri birlikdə artıq ondan daha çox səsə malikdir”, - deyə Vardanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az