Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“News.5tv.am” saytının əldə etdiyi və baş nazir aparatının rəhbəri Arayik Harutyunyanın imzası olan sənədlərdə mükafatların məbləği göstərilib.
Məsələn, Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin baş katibi Artak Manqasaryan təxminən 4 milyon dram, Vahid Sosial Xidmətin baş katibi David Melikyan isə 2 milyon 430 min dram mükafat alıb. Ümumilikdə 32 dövlət məmuru minimum 2 milyon dram məbləğində mükafatlandırılıb.
Vilayət administrasiyalarının baş katiblərinə də 2,5 milyon dram həcmində yüksək mükafatlar verilib.
Təxminən 4,5 milyon dram Ermənistan Müdafiə Nazirliyi və Ətraf Mühit Nazirliyinin baş katiblərinə, eyni məbləğdə Dövlət Gəlirləri Komitəsinin baş katibinə, təxminən 4 milyon dram Əmək və sosial məsələlər, Səhiyyə, Təhsil, elm, mədəniyyət və idman nazirliklərinin baş katiblərinə, təxminən 4,8 milyon dram isə Yüksək Texnologiyalar Sənayesi və Xarici İşlər nazirliklərinin baş katiblərinə verilib.
Alpər Mövludoğlu
Ordu.az