Erməni nazir: “Mən baş nazirliyə namizəd olmağa iddialı deyiləm”

2026/03/1774625381.jpg
Oxunub: 355     19:27     27 Mart 2026    
Ermənistanın səhiyyə naziri Anahit Avanesyan aldığı maaşın məbləğini açıqlamaqdan imtina edib.

Ordu.az xəbər verir ki, bu gün jurnalistlərlə söhbətində erməni nazir bir daha gəlirlərin bəyan edilməsini gözləməyi tövsiyə edib.

Onun baş nazirliyə namizəd olub-olmayacağı ilə bağlı suala son dövrlər aktiv partiya fəaliyyəti ilə seçilən Avanesyan belə cavab verib: “Xeyr, iddialı deyiləm, 30 nəfərlik siyahıda yer almağa iddialıyam, ümid edirəm ki, buna nail olacağam”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avanesyan   Ermənistan  


Bizi "telegram"da izləyin