Simonyanla mübahisə edən şəxs barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb

2025/11/1762926619.jpg
Oxunub: 434     18:07     27 Mart 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyanla mübahisə edən fəal Mikayel Marqaryan barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaq Komitəsindən bildirilib ki, Daxili İşlər Nazirliyinin polisindən daxil olan məlumata əsasən, M.M. informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək 2026-cı il martın 26-da İrəvan şəhəri Dəmirçyan küçəsi 1/1 ünvanının yaxınlığında canlı yayım zamanı xuliqanlıq hərəkətləri edib. O, cəmiyyətə açıq hörmətsizlik və mənəvi normalara açıq etinasızlıq nümayiş etdirərək söyüşlər və nalayiq ifadələr işlədib.

Qeyd edilib ki, məlumat əsasında Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə (informasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq törətmə) cinayət işi başlanıb. Hazırda ibtidai istintaq aparılır.

Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan hadisəyə münasibət bildirərək baş verənlərin siyasi qüvvə tərəfindən təşkil olunmuş təxribat olduğunu qeyd edib.

“Əgər hüquq-mühafizə orqanları mənim hərəkətlərimdə hansısa pozuntu aşkar etsələr, əminəm ki, tədbir görəcəklər”, - deyə Simonyan Dəmirçyan küçəsində onun iştirakı ilə baş vermiş və söyüşlərlə müşayiət olunan hadisəyə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca belə hadisələrin sayı artacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Simonyan  


Bizi "telegram"da izləyin