Paşinyan BVF-nin Ermənistan üzrə missiyasının rəhbəri ilə görüşüb

2026/03/1774620161.jpg
Oxunub: 411     18:01     27 Mart 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan Beynəlxalq Valyuta Fondunun (BVF) Ermənistan üzrə missiyasının rəhbəri Aleksandr Timanı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, tərəflər mövcud əməkdaşlıq və gələcək proqramlarla bağlı məsələləri müzakirə ediblər.

Qeyd edilib ki, Ermənistanın iqtisadi dayanıqlığının təmin edilməsi, inkişaf tempi, eləcə də qarşılıqlı maraq doğuran digər mövzulara toxunulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BVF  


Bizi "telegram"da izləyin