Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, cinayət işi vergidən yayınma, çirkli pulların yuyulması, külli miqdarda əmlakın mənimsənilməsi, eləcə də hakimiyyətin ələ keçirilməsinə dair kütləvi çağırışlar əlamətləri üzrə açılıb.
Qeyd edilir ki, Karapetyan qeyd olunan şəxslərin iştirakı ilə 1,84 milyard dramdan (təxminən 4,8 milyon dollar) çox vergidən yayınma prosesini təşkil edib. Bundan əlavə, istintaqın məlumatına görə, 2020-2023-cü illərdə digər şirkət rəhbərlərinin iştirakı ilə 4,97 milyard dramdan (təxminən 13,1 milyon dollar) çox vəsait mənimsənilib.
İstintaq, həmçinin Karapetyanı digər şirkət rəhbərləri ilə qabaqcadan əlbir olaraq ümumi məbləği təxminən 1,97 milyard dram (təxminən 5,2 milyon dollar) təşkil edən iki çirkli pulların yuyulması epizodunda ittiham edir.
Alpər Mövludoğlu
Ordu.az