Ordu.az xəbər verir ki, bunu brifinq zamanı Ermənistanın baş nazir aparatının rəhbəri Arayik Harutyunyan qonşu İranla bağlı vəziyyətin Ermənistan üçün mümkün təsirlərinə dair suala cavab verərkən deyib.
“Bu, ölkələrə müxtəlif formalarda təsir edir. Bir ölkənin ərazisinə təsadüfən pilotsuz uçuş aparatı düşür, digər ölkənin ərazisinə məqsədli şəkildə düşür, başqa birində isə iqtisadi təchizat zəncirləri pozulur və bu da məsələn, tikinti sahəsində qiymət artımı, işlərin ləngiməsi kimi təsirlər yaradır.
Əlbəttə, biz bu böhranın başlanmasından əvvəl də kifayət qədər tədbirlər görmüşük. Amma böhran uzun sürərsə, bu, həm Ermənistana, həm də ümumilikdə dünyaya təsirsiz ötüşməyəcək”, - deyə o bildirib.
Harutyunyan əlavə edib ki, o, məsələn, bu gün Filippinin enerji böhranı elan edən ilk ölkələrdən biri olduğu və iş günlərini 5 gündən 4 günə endirdiyi barədə məlumat oxuyur.
Alpər Mövludoğlu
Ordu.az