Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Sənədlərə əsasən, kəmərin yerləşdirilməsinin dəyişdirilməsi erməni tərəfinin müraciəti ilə bağlıdır. Belə ki, kəmərin Ermənistan hissəsi Gürcüstan-Ermənistan-Azərbaycan sərhəd zonasında yerləşir və 1990-cı illərdə minalanıb.
“Bu ərazidə minimum təhlükəsizlik standartlarını təmin etmək və təmir işlərini həyata keçirmək mümkün olmadığı üçün üçtərəfli dövlətlərarası razılaşma əsasında qaz kəmərinin həmin problemli hissəsinin minalanmış zonadan çıxarılması və təhlükəsiz məsafədə yeni kəmərin tikilməsi qərara alınıb”, - deyə əsaslandırmada qeyd olunub.
Kəmər bir neçə kilometr məsafəyə köçürüləcək və Ermənistan tərəfinin inşa etdiyi yeni hissəyə birləşdiriləcək.
Gürcüstandan gələn qaz kəməri Ermənistanın təbii qazla təminatının əsas marşrutlarından biridir. Ermənistan Rusiyadan qazı Gürcüstanın tranzit infrastrukturu vasitəsilə alır.
Alpər Mövludoğlu
Ordu.az