Erməni siyasi şərhçi: “Paşinyan Qarabağı necə təhvil verdisə, eyni şeyi Ermənistanla da edəcək”

2026/03/1774609703.jpg
Oxunub: 396     12:15     28 Mart 2026    
“Paşinyanın Qarabağı təhvil vermədiyi barədə dediklərinə gəldikdə, 10 noyabr bəyanatı onun təşəbbüsü ilə imzalanıb”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Vazgen Hovhannisyan deyib.

“Məsuliyyət həmin dövrün hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Onlar 10 noyabr bəyanatını imzalayıb, daha sonra isə tədricən Qarabağ məsələsindən uzaqlaşmağa çalışıblar”, - deyə o bildirib.

Hovhannisyan vurğulayıb ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə daim onun günahkar olmadığı və Qarabağın 2023-cü ilin sentyabrında təhvil verildiyi barədə narrativ səsləndiriləcək.

Paşinyanın Qarabağın 2023-cü ilin sentyabrında təhvil verildiyini demədiyi, əksinə, bunu əvvəlki hakimiyyətin etdiyini iddia etməsi ilə bağlı suala cavab olaraq Hovhannisyan bildirib: “Bu, absurddur. Necə yəni əvvəlki hakimiyyət təhvil verib? 2018-ci ildən sonra narrativlər dəyişdi, bundan sonra müharibə baş verdi, müharibədən sonra isə “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) mərhələli şəkildə ləğvi prosesi başladı”.

O qeyd edib ki, Nikol Paşinyan və onun komandası Azərbaycanın gündəliyinə uyğun siyasət aparır.

Hovhannisyanın sözlərinə görə, bu yanaşma Ermənistanın zəif statusa malik olmasına gətirib çıxarır və burada qərarverici tərəf Ermənistan vətəndaşı və dövlət maraqları deyil, Azərbaycanın strateji maraqları olur.

“Mən hesab edirəm ki, Nikol Paşinyanın hakimiyyətdə qaldığı hər gün erməni dövlətçiliyinin zəifləməsinə və tədricən ləğvinə gətirib çıxarır”, - deyə o bildirib.

Hovhannisyan əlavə edib ki, Paşinyan Qarabağı necə təhvil verdisə, eyni şeyi Ermənistanla da edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hovhannisyan   Ermənistan  


Bizi "telegram"da izləyin