Mirzoyan hibrid təhdidlərə qarşı mübarizədə rus təcrübəsini qəbul etməyə hazır olduğunu bildirib

2026/03/1774254580.jpg
Oxunub: 365     16:11     23 Mart 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya növbəti sərt eyham etsə də, eyni zamanda hibrid təhdidlərə qarşı mübarizədə rus təcrübəsini qəbul etməyə hazır olduğunu bildirib.

Ordu.az xəbər verir ki, martın 23-də jurnalistlərlə söhbətində erməni nazir hibrid təhdidlər və Aİ nümayəndə heyətinin səfəri ilə bağlı suala cavab olaraq əvvəlcə bu hücumların mahiyyətinə aydınlıq gətirməyin vacib olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu, ilk növbədə dezinformasiyadır.

“Adını çəkdiyiniz ölkə (Rusiya-red.) ilə bağlı müəyyən izlər ola bilərmi? Bəli, ola bilər”, - deyə Mirzoyan bildirib. O, hibrid hücumların birbaşa icraçıları kimi Ermənistanın suverenliyinə qarşı çıxış edən deputatları, müxtəlif məmurları və ekspertləri göstərib.

Erməni nazir qeyd edib ki, hibrid hücumlar Ermənistan üçün kifayət qədər yeni anlayışdır. Lakin digər tərəflərin, o cümlədən Aİ-nin təcrübəsindən yararlanmaq lazımdır. “Elə dairələr var ki, Aİ sözünü eşidəndə narahat olurlar. Əminəm ki, Madaqaskardan nümayəndə heyəti gəlsəydi, heç bir problem olmazdı”, - deyə o bildirib.

Mirzoyan xatırladıb ki, Ermənistan Aİ-dən özü yardım istəyib: “Əgər Rusiyanın öz təcrübəsi varsa və onu bölüşməyə hazırdırsa, biz buna qarşı deyilik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin