Mirzoyan: “Ermənistan İrana əsasən dərman vasitələrindən ibarət humanitar yardım göndərib”

2026/03/1774254444.jpg
Oxunub: 408     12:21     23 Mart 2026    
“Ermənistan İran İslam Respublikasına əsasən dərman vasitələrindən ibarət humanitar yardım göndərib”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentinin komissiyasında xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“O cür də olmalı idi. Təkcə indi yox, əsrlər, minilliklər boyu, hətta dövlətlərdən də əvvəl iki xalq dost olub. Bunu xüsusi şəkildə bəyan etməyə ehtiyac görməmişdik, amma soruşduğunuz üçün cavab verirəm”, - deyə o bildirib.

Xatırladaq ki, martın 19-da keçirilən brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan zərurət yaranacağı halda Ermənistanın İrana humanitar yardım göstərməyə hazır olduğunu bəyan etmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin