Pakistanın Bakıdakı səfirliyi ölkə müstəqilliyinin 79-cu ildönümünü qeyd edib

2026/03/Ekran-1774248275.jpg
Oxunub: 438     10:34     23 Mart 2026    
Pakistanın Azərbaycandakı səfirliyində Müstəqillik Günü münasibətilə milli himnin sədaları altında dövlət bayrağının qaldırılması üzrə təntənəli mərasim keçirilib.

Ordu.az xəbər verir ki, bu gün Pakistan müstəqillik əldə etməsinin 79-cu ildönümünü qeyd edir.

Mərasim zamanı Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin göstərilən diplomatik dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib: "Cammu və Kəşmir məsələsində bizimlə həmrəy olduğuna görə Azərbaycana minnətdarıq".

Diplomat, həmçinin Yaxın Şərq və Cənub-Şərqi Asiyadakı mürəkkəb vəziyyətə diqqət çəkib və xüsusi olaraq Əfqanıstan ərazisindən qaynaqlanan terror təhdidləri probleminə toxunub.

O vurğulayıb ki, Cammu və Kəşmir problemi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllini tapmayana qədər Cənubi Asiyada davamlı sülh qeyri-mümkündür: "Biz azadlıq uğrunda mübarizə aparırıq. Buna görə də dəyişməz diplomatik və mənəvi dəstəyinə görə Azərbaycana bir daha təşəkkür edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin