Ermənistan prezidenti Vahaqn Xaçatryan nümayəndə heyəti ilə birlikdə Gürcüstanın bütün pravoslavlarının katolikos-patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Müqəddəs Üçlük Baş Kafedralına gedib. Onu məbədin girişində Gürcüstan prezidenti Mixeil Kavelaşvili qarşılayıb.
Ordu.az xəbər verir ki, bu barədə “Interpressnews” məlumat yayıb.
Məbədə həmçinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova da gəlib. Onu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili qarşılayıb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Gürcüstan