Paşinyan hansı strateji obyektdə çəkiliş aparıb?

2026/03/1773940623.jpg
Oxunub: 638     18:13     22 Mart 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün komanda üzvləri ilə birlikdə İrəvanda gəzinti edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

O, canlı yayımda “Respublika meydanı” stansiyasından “Qaregin Njde” stansiyasına qədər hərəkət edib. Bütün proses hökumət tərəfindən videoya çəkilib. Halbuki İrəvan metrosu strateji obyekt hesab olunur və orada çəkilişlər qəti şəkildə qadağandır.

“News.am” nəşrinin bu məsələ ilə bağlı sorğusuna cavab olaraq şirkətdən bildirilib ki, Paşinyana bu icazə verilib.

“İrəvan Metropoliteni” QSC-nin 100% səhmləri Ermənistan hökumətinə məxsusdur və hökumət başçısının çəkiliş aparmaq hüququ var”, - deyə şirkətin mətbuat katibi Anna Aslanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin