Paşinyan canlı yayımda dediklərini təkzib edib: “Belə bir şey deməmişəm”

2026/03/1773688082.jpg
Oxunub: 440     16:43     22 Mart 2026    
Qarabağdan könüllü şəkildə köç etmiş erməni qadını canlı yayımda qaçmış adlandıran Nikol Paşinyan belə bir söz demədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Belə bir söz deməyim mümkün deyil, mən belə bir şey deməmişəm, belə bir söz deyə bilməzdim. Əgər bu cür qəbul olunubsa, deməli, səhv başa düşülüb. Əgər hansısa ifadəm düzgün olmayıbsa, üzr istəyirəm”, - deyə Paşinyan bildirib.

Xatırladaq ki, Paşinyan bu gün metro vaqonunda ölmüş erməni hərbi qulluqçunun qızına barmaq silkələyərək qışqırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin