Ordu.az xəbər verir ki, bu barədə “Birinci Kanal Gürcüstan” məlumat yayıb.
Tbilisi Beynəlxalq Hava Limanında Ermənistan prezidentini xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili və prezident administrasiyasının rəhbəri Ketevan Kvinikadze qarşılayıblar.
II İlya martın 17-si axşam saatlarında vəfat edib. Patriarxın vida mərasimi Tbilisidəki Müqəddəs Üçlük kafedralında keçirilib. Gürcü kilsəsinin rəhbəri bu gün öz vəsiyyətinə uyğun olaraq Tbilisidəki Sioni kilsəsində dəfn olunacaq.
Patriarxın vəfatı ilə əlaqədar Gürcüstanda dəfn gününə qədər davam edəcək matəm elan olunub.
Ermənistan KİV-ləri qeyd edir ki, II Qaregin xüsusi dəvət almasına baxmayaraq, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak edə bilməyəcək.
İstintaqçı erməni katolikosun ölkədən çıxışına qoyulan qadağanın ləğvi ilə bağlı vəsatəti rədd edib.
Alpər Mövludoğlu
Ordu.az