Paşinyan könüllü köç etmiş erməni qadına qışqırıb: “Qaçanlarla deməyə çalışmayın ki, Qarabağı mən vermişəm” (VİDEO)

2026/03/Ekran-1774166169.jpg
Oxunub: 581     11:53     22 Mart 2026    
Bu gün İrəvanda komanda üzvləri ilə birlikdə gəzən Ermənistanın Baş naziri Nikol Paşinyan ona Qarabağla bağlı sual verilərkən növbəti dəfə özünü itirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Metroda Nikol Paşinyan Qarabağdan könüllü şəkildə köç etmiş qadına barmaq silkələyərək ona qışqırmağa başlayıb.

“Biz hər şeyi etdik ki, siz Qarabağda yaşayasanız. 2023-cü ildə məhz siz idiniz ki, məni ittiham edirdiniz ki, sərhədlər bağlanıb, Qarabağdan insanların Ermənistana gəlməsinə imkan verilmir. Məndən tələb edirdiniz ki, sərhədlər açılsın, deyirdiniz ki, guya qəsdən bağlanıb ki, Qarabağdan insanlar çıxmasın. İndi isə gəlmisiniz buraya, deyirsiniz ki, ay aman, biz qayıtmaq istəyirdik. Axı biz Ermənistan vətəndaşlarının qazandığı milyardları xərcləmişik ki, siz orada qalasınız, bəs niyə qalmadınız? Bu xəritə haqqında belə hörmətsiz danışmayın. Qaçanlarla deməyə çalışmayın ki, Qarabağı mən vermişəm”, - deyə Paşinyan bildirib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin