“Ölkənin başına üç müharibə gətirən şəxsin “sülh” sözünü işlətməyə haqqı yoxdur” - Köçəryan

2026/03/Ekran-1774095040.jpg
Oxunub: 477     16:08     21 Mart 2026    
“Ölkənin başına üç müharibə gətirən şəxsin “sülh” sözünü işlətməyə haqqı yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan Aştarak şəhərində sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatlarına münasibət bildirərək qeyd edib:

“Həmin şəxs sülhün nə olduğunu anlamır, sadəcə anlamır. Onun üçün sülh İlham Əliyevin ona qarşı xoş münasibətidir. Onun üçün, belə desək, hərtərəfli sülh budur. Ermənistan üçün isə bu, tamam fərqlidir, təmin olunmuş, ləyaqətli sülhdür və biz buna nail ola bilərik”.

Köçəryan həmçinin xatırladıb ki, onun prezidentliyi dövründə sərhəddə heç bir insident baş verməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin