Orban: "Brüssel Aİ vətəndaşlarına deyil, miqrantlara üstünlük verib"

2026/02/1771132747.jpg
Oxunub: 391     15:35     21 Mart 2026    
Macarıstanın Baş naziri Viktor Orban Brüsselin miqrasiya, iqtisadiyyat və Avropa İttifaqının (Aİ) prioritetləri məsələlərindəki siyasətini kəskin tənqid edib.

Ordu.az xəbər verir ki, o bu barədə Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət üzrə Beynəlxalq Konfransda (CPAC) bildirib.

V.Orban qeyd edib ki, Aİ-nin son sammitində Qərbi Avropa liderləri Yaxın Şərqdəki münaqişə səbəbindən yeni miqrasiya dalğası olacağı təqdirdə sərhədlərin bağlanması ehtimalını mümkün hesab ediblər:

"Bəzi ölkələr bildirdilər ki, əgər yeni dalğa başlayarsa, eynilə on il əvvəl Macarıstanın etdiyi kimi, onlar da Aİ-nin qaydalarından asılı olmayaraq sərhədləri bağlayacaqlar".

Onun sözlərinə görə, baş verən proseslər son yüz ilin ən böyük transformasiyasıdır ki, onun episentri ABŞ-dir, Avropadakı "ön xətti" isə Macarıstandır.

Baş nazir Brüsseli öz siyasətində Aİ vətəndaşlarına deyil, miqrantlara üstünlük verməkdə günahlandırıb, bu da onun fikrincə, terrorizmin, cinayətkarlığın və iqtisadi qeyri-sabitliyin artmasına səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   Brüssel    


Bizi "telegram"da izləyin