Erməni katolikosun ölkədən çıxış qadağasının götürülməsi ilə bağlı vəsatət rədd edilib

2026/02/1771305835.jpg
Oxunub: 640     14:13     21 Mart 2026    
Ermənistanda müstəntiq erməni katolikos II Qareginin ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı vəsatəti təmin etməyib.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Ara Zöhrabyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfinin təqdim etdiyi vəsatət istintaq tərəfindən rədd olunub.

Qeyd edək ki, II Qaregin ona xüsusi dəvət göndərilməsinə baxmayaraq, bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın dəfn mərasimində iştirak edə bilməyəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: II-Qaregin   Ermənistan  


Bizi "telegram"da izləyin