Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, partiyadaxili seçkilərdən sonra üç nəfər siyahıdan çıxarılıb: Karen Qriqoryan, David Danielyan və Hayk Avaqyan.
“Mənbələrimiz bildirir ki, başqa şübhəlilər də olsa da, qalmaqalın böyüməsi onların xeyrinə deyil və buna görə prosesi davam etdirməmək qərarına gəliblər. Halbuki Nikol Paşinyan daim iddia edir ki, onun dövründə seçkilər saxtalaşdırılmayıb, amma artıq ikinci dəfədir ki, partiyadaxili seçkilərdə saxtakarlıq halları üzə çıxır.
Qeyd edək ki, Vayk ərazi təşkilatının üzvü Hayk Avaqyan ötən həftə idarə heyətindən uzaqlaşdırılıb. Ona qarşı 6-7 şikayət, o cümlədən deputatlar Trdat Sarkisyan və Arman Yeğoyan tərəfindən olub.
Sübut olunub ki, o, onlarla nümayəndəyə zəng edərək “mən səni seçəcəyəm, sən də məni seç” məzmunlu təkliflər irəli sürüb”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az