“Hraparak”: Ermənistanda KİV-lər üçün növbəti “məhdudlaşdırıcı mexanizm” hazırlanır

2026/03/1774074158.jpg
Oxunub: 427     10:20     21 Mart 2026    
Paşinyanın göstərişi ilə hökumətdə “nifrət nitqi”nə qarşı mübarizə məqsədilə yeni qanun layihəsi üzərində fəal iş aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, bu, müxalifət və KİV-lər üçün növbəti məhdudlaşdırıcı mexanizm olacaq.

Müəllif yazıb ki, bundan əlavə, digər istiqamətlər üzrə də işlər görülür, maliyyə şəffaflığının təmin edilməsi, akkreditasiyadan məhrum etmə mexanizmlərinin tətbiqi və hətta KİV-lərin bağlanması planları mövcuddur.

“Lakin bunlar yalnız iyunun 7-də hakimiyyətin yenidən formalaşacağı halda həyata keçiriləcək.

Qeyd olunur ki, bu prosesə parlamentin Elm və Təhsil Komitəsi (sədri keçmiş jurnalist Sisak Qabrielyandır), “İctimai faydalı media mühiti” fondu (direktoru Vahaqn Tevosyandır) və nazir Srbuhi Qalyanın müşaviri Lyova Sarkisyan da cəlb olunub”, - deyə KİV vurğulayıb.

Nəşr bildirib ki, artıq “Nifrət nitqinə qarşı yeni mexanizmlərin tətbiqi” ilə bağlı arayış hazırlanıb.

“Buna əsasən, mülki və inzibati məsuliyyət nəzərdə tutulur, qanunvericiliyə dəyişikliklər ediləcək və minimum əməkhaqqının 3000 mislindən 6000 mislinədək böyük cərimələr tətbiq olunacaq.

Lakin əsas problem cərimələr deyil. Problem ondadır ki, hakimiyyət “nifrət nitqi”nə qarşı mübarizə anlayışını genişləndirərək yalnız irqi, milli, etnik və dini əsaslı nifrəti deyil, həm də “siyasi baxışlara görə” ifadələri də bu kateqoriyaya daxil edir. Bu isə o deməkdir ki, məsələn, sosial şəbəkələrdə hakim partiyaya qarşı yazılar paylaşanlar da cəzalandırıla bilər”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin