“Hraparak”: Niyə Paşinyanın partiyasının “şən avtobusu” İrəvanda hərəkət etməyəcək?

2026/03/1774073969.jpg
Oxunub: 355     10:13     21 Mart 2026    
“Vətəndaş Müqaviləsi” partiyasında ilkin qərar verilib ki, “şən avtobus” vasitəsilə partiyadaxili təşviqat kampaniyası İrəvanda keçirilməsin.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, rəsmi olaraq bunu belə izah edəcəklər ki, İrəvanın inzibati rayonları çoxdur və hamısına çatmaq mümkün olmayacaq.

“Lakin əslində anlayırlar ki, İrəvanda mövqeləri xeyli zəifdir və onlar üçün sərfəli olan “təbii görüntülər” yaratmaq çətindir.

Bu səbəbdən gələn həftə, ehtimal ki, partiyanın mərkəzi qərargahında “öz aramızda” toplaşacaq və yekun təşviqatı qapalı formatda keçirəcəklər.

Bu həftə isə “şən avtobus”un iştirakçıları Kotayk və Göyçə vilayətlərinə səfər etməyi planlaşdırırlar”, - deyə KİV bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin