“Past”: “Hayastan” blokunun tədbirinin yayımları təxminən 15 milyon baxış toplayıb

2026/03/photo-1774072202.jpg
Oxunub: 435     09:49     21 Mart 2026    
“Bir neçə gün əvvəl Nikol Paşinyan böyük qürur hissi ilə bildirmişdi ki, bir ay ərzində onun paylaşımları təxminən 150 milyon, daha dəqiq desək, 148 milyon 800 min baxış toplayıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Hayastan” blokunun tədbirinin yayımları təxminən 15 milyon baxış toplayıb” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu çoxdur, yoxsa az, bunu qiymətləndirmək çətindir. Çünki aydındır ki, təkcə Ermənistanda deyil, bütün dünyada insanlar böyük maraqla izləyəcəklər ki, hansısa ölkənin rəhbəri efirdə necə yemək yeyir, həmçinin “jim etmək” və ya “əhəmiyyət verməmək” sözünü yazmaq kimi çağırışları da izləyəcəklər.

“Aydındır ki, bir çoxları buna güləcək, bəziləri “ispan utancı” hiss edəcək, digərləri isə, yumşaq desək, bunu bəyənməyəcək. Amma yenə də baxacaqlar. Ona görə də baxışların çox olması təbiidir. Sual ondadır ki, ölkə rəhbərinin fəxr etdiyi yeganə göstəricinin sosial şəbəkələrdə viral videoların baxış sayı olması nə dərəcədə normaldır?

Bununla belə, bu rəqəmi müəyyən mənada müqayisə etmək üçün biz, məsələn, “Hayastan” blokunun martın 16-da keçirilmiş tədbirinin baxışlarını araşdırdıq. Məlum oldu ki, son 4 gün ərzində tədbirin tam videoları təxminən 524 min dəfə izlənib, qısa videolar (“reels”) isə 13 milyon 727 min baxış toplayıb.

Qeyd edək ki, texniki olaraq bütün platformaları və media resurslarını əhatə etmək mümkün deyil, buna görə də yalnız əsas mənbələr araşdırılıb. Bu rəqəmlər müqayisə oluna bilərmi? Yəqin ki, bəli.

Bəs onlar tam eynidirmi? Çətin. Çünki bir halda biz sırf “TikTok” məntiqi ilə yaranan maraqdan danışırıq, insanlar bunu şou kimi izləyir və bu baxışların seçkilərə ciddi təsir etməsi ehtimalı azdır”, - deyə KİV vurğulayıb.

Nəşr yazıb ki, digər tərəfdən isə konkret proqramların təqdim olunduğu, siyasi mesajların verildiyi bir tədbirdən söhbət gedir.

“Yəni cəmiyyətin belə bir siyasi tədbirə göstərdiyi maraq onu göstərir ki, gözlənti, maraq və aktivlik mövcuddur və hakimiyyətin cəmiyyətdə apatiya yaratmaq cəhdləri nəticə vermir.

Bu, həm də qarşıdan gələn seçkilərdə iştirakın kifayət qədər yüksək ola biləcəyini göstərir ki, bu da hakimiyyət üçün əlverişli deyil”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin