Erməni ictimai xadim: “Nikol kobud videolarla xaricdəki dəstəkçilərini onun hələ də populyar olduğuna inandırmağa çalışır”

2026/03/1772775337.jpg
Oxunub: 352     09:39     21 Mart 2026    
“Ermənistanın Baş naziri Nikol Paşinyan yaxşı anlayır ki, kobud yemək videoları cəmiyyətin xoşuna gələ bilməz”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Kristina Nazaryan sosial şəbəkə hesabında yazıb.

“Amma çoxdan məlumdur ki, əgər bir telekanalda hansısa blogerin küçədə sidik ifraz etməsi və ya digər qeyri-adekvat davranışı göstərilsə, digər kanalda isə, məsələn, Çaykovskinin “Qu gölü” baleti yayımlansa, şübhəsiz ki, blogerin videosu baletdən dəfələrlə çox izlənəcək.

Bu isə o demək deyil ki, izləyicinin həmin görüntülər və ya blogerin özü xoşuna gəlir. Bu, sadəcə epataj, əyləncə və şərti qalmaqala maraqdır.

Bəs əgər bu, onun nüfuzunu artırmır, əksinə zərər vurursa, niyə bunu edir?

Çox sadə səbəbdən”, - deyə o qeyd edib.

Nazaryanın sözlərinə görə, bu baxışlar Ermənistan vətəndaşları və ya səs toplamaq üçün deyil, onu xaricdən dəstəkləyən sifarişçiləri inandırmaq üçündür ki, o, hələ də populyardır.

“Yəni göstərmək istəyir ki, baxın, məni izləyirlər, mən tükənməmişəm və bununla yenidən hakimiyyətdə qalmaq üçün dəstək qazanmağa çalışır.

Amma yalnız xalq, biz qərar verəcəyik: sınağı seçək, yoxsa təhlükəni”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Nazaryan  


Bizi "telegram"da izləyin