Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Mirzoyan qeyd edib ki, Küveyt, İraq və Qətərdən birbaşa Omana keçid mümkün olmadığından, sakinlər Səudiyyə Ərəbistanına yönləndirilib.
“İranla sərhədin mövcudluğunu nəzərə alaraq qeyd etmək istəyirəm ki, maraqlıdır ki, adi vəziyyətdən kəskin fərqlənən böyük hərəkətlilik, giriş-çıxış və ya vətəndaşların kütləvi qayıdışı müşahidə olunmayıb”, - deyə Mirzoyan vurğulayıb.
O bildirib ki, İranda səfirliklə cəmi iki Ermənistan vətəndaşı əlaqə saxlayıb və onların geri qayıtması təmin edilib.
Alpər Mövludoğlu
Ordu.az