Avropolda Ermənistanın əlaqələndirici nümayəndəsi təyin olunub

2026/03/1774021244.jpg
Oxunub: 413     19:42     20 Mart 2026    
Ermənistan Daxili İşlər Nazirliyinin baş katibi Ara Fidanyan baş nazirin qərarı ilə vəzifəsindən azad edilib və digər qərarla Ermənistanın Niderland Krallığındakı səfirliyində Ermənistanın əlaqələndirici nümayəndəsi (əlaqə zabiti) təyin olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Fidanyan bu vəzifədə Avropol ilə hüquq-mühafizə orqanları arasında əlaqələrin koordinasiyasını həyata keçirəcək.

“Avrropolda DİN-in əlaqə zabitinin fəaliyyəti Ermənistan ilə Avropa İttifaqı arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək.

Xatırladaq ki, Fidanian bundan əvvəl Daxili İşlər Nazirliyinin baş katibi vəzifəsində çalışırdı”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropol   Ermənistan  


Bizi "telegram"da izləyin