Ordu.az xəbər verir ki, bunu bu gün parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
Erməni nazir bu fikri bir gün əvvəl hərbi qulluqçuların valideynlərinin keçirdiyi etiraz aksiyasına münasibət bildirərkən səsləndirib. Etirazçılar eyni ildə doğulan bütün şəxslərin 1,5 il xidmət etməsini tələb edirdi.
Papikyan qeyd edib: “Bu, yalnız xoş niyyətlərlə mümkün deyil. Mən də istərdim ki, hər kəs daha tez evinə qayıtsın, daha çox məzuniyyət götürsün, lakin ölkənin təhlükəsizliyi buna imkan vermir”.
Alpər Mövludoğlu
Ordu.az