Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.
Məlumata görə, iclas Ermənistan parlamentinin Avropa inteqrasiyası komissiyasının sədri Arman Yeğoyan və Avropa Parlamentinin deputatı Nils Uşakovsun həmsədrliyi ilə baş tutub.
Qeyd edilib ki, müzakirələrdə 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistanın demokratik dayanıqlılığı, Aİ ilə siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, viza liberallaşdırılması prosesi və Cənubi Qafqazın gələcəkdə əlaqə mərkəzinə çevrilməsi perspektivləri müzakirə olunub.
“İclasda həmçinin regional sülh və münasibətlərin normallaşdırılması məsələlərinə də toxunulub. Tədbirdə müxtəlif parlament fraksiyalarının deputatları və Avropa Parlamentinin üzvləri iştirak edərək Ermənistanın demokratiyasına və Azərbaycanla sülh prosesinə dəstək ifadə ediblər.
Ermənistanın daxili işlər nazirinin müavini Armen Qazaryan videobağlantı vasitəsilə çıxış edərək viza liberallaşdırılması istiqamətində görülən işləri təqdim edib. Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayan isə qarşıdakı sammitlərə hazırlıq və əməkdaşlıq perspektivləri barədə məlumat verib. İclasın yekununda bəyanat və tövsiyələr qəbul olunub”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az