Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüşün əvvəlində Qriqoryan BVF ilə illər ərzində formalaşmış konstruktiv əməkdaşlığa görə təşəkkür edib və bildirib ki, bu əməkdaşlıq ölkədə həyata keçirilən demək olar ki, bütün əsas islahatlara təsir edir.
“Tərəflər BVF ilə yeni ehtiyat proqramının təsdiqini və onun tam icrasını vacib hesab edib. Görüşdə regional proseslərə və “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsünə də toxunulub.
Həmçinin enerji sahəsində hökumətin prioritetləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az