“Əminsiniz ki, mümkün risklər hesablanmır? Ermənistanda bunun üçün qurumlar var: Təhlükəsizlik Şurası, Xarici Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və hər biri öz yerindədir, bütün risklər qiymətləndirilir”.
Ordu.az xəbər verir ki, bunu bu gün parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
Bölgədə gərgin vəziyyətin olduğu və hakim partiyanın “şən avtobus”la kampaniya aparması ilə bağlı qeydə cavab olaraq erməni nazir deyib: “Bu, cəmiyyətimizə Ermənistanda sülhün mövcud olduğu mesajıdır”.
Baş nazir Nikol Paşinyanın Zəngəzurda son illərdə alınan silahların nümayiş etdiriləcəyi barədə açıqlamasına toxunan Papikyan bildirib: “Əgər deyibsə, deməli nümayiş etdiriləcək, vaxtı ilə bağlı rəsmi məlumat veriləcək. Bu, 2022-ci ildən sonra hansı vasitələrin əldə edildiyi barədə cəmiyyətə hesabatdır”.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Papikyan
Ermənistan