Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Açıq şəkildə baş verən İran hücumlarının başlanmasından etibarən BƏƏ hava hücumundan müdafiə sistemləri 338 ballistik raket, 15 qanadlı raket və 1740 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Bu hücumlar nəticəsində vəzifələrini yerinə yetirərkən 2 hərbi qulluqçu həlak olub, həmçinin Pakistan, Nepal, Banqladeş və Fələstin vətəndaşları olmaqla 6 nəfər həyatını itirib.
Ümumilikdə 158 nəfər yaralanıb və yaralanmalar yüngüldən ağır dərəcəyədək dəyişir.
Yaralananlar arasında BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn, Komor adaları, Türkiyə, İraq, Nepal, Nigeriya, Oman, İordaniya, Fələstin, Qana, İndoneziya, İsveç və Tunis vətəndaşları da var.
Müdafiə Nazirliyi bildirib ki, bütün təhdidlərə qarşı tam hazır vəziyyətdədir və dövlətin suverenliyi, təhlükəsizliyi və sabitliyini qorumaq üçün istənilən təhlükəyə qətiyyətlə cavab veriləcək.
Sevinc Əliyeva
Ordu.az