“Azərbaycan Ermənistan ərazisində mövqe qurmayıb” - Papikyan

2026/03/Ekran-1774005254.jpg
Oxunub: 483     15:15     20 Mart 2026    
“Bunu təkzib edirəm və bir daha təkzib edirəm, Azərbaycan Ermənistan ərazisində mövqe qurmayıb”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə brifinqdə Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

Erməni nazir 2021-ci ildən sonra Azərbaycanın guya “Ermənistan əraziləri”ndə mövqe qurması ilə bağlı iddiaya “Xeyr, qurmayıb” cavabını verib.

O əlavə edib: “Bir daha bildirirəm ki, Ermənistan ərazisində belə bir hal baş verməyib. Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama yayıb və mən də təsdiqləyirəm ki, Ermənistan ərazisində Azərbaycan tərəfindən mövqe qurulmayıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin