Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə brifinqdə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
Erməni nazir qeyd edib: “Biz real insanla yox, süni zəka ilə qarşı-qarşıya olduğumuzu anlamalıyıq. O, real çıxış edəndə cavab verə bilərəm”.
Onun sözlərinə görə, son vaxtlar yayılan videolarda süni zəka vasitəsilə yaradılmış obrazlar təqdim olunur və bu cür materiallar siyasi qüvvəyə yaraşmır.
Papikyan əlavə edib ki, belə şəxslər təhlükəsizlik mövzusunda danışmaq hüququna malik deyil: “Samvel Karapetyan təhlükəsizlikdən danışmazdan əvvəl izah etməlidir ki, niyə onun ailə üzvlərinin bir qismi hərbi xidmət keçməyib. Ermənistan vətəndaşı olub xidmət etməyən şəxslərlə bağlı aydınlıq gətirilməlidir”.
Alpər Mövludoğlu
Ordu.az